Sabunçuda məktəbdə yanğın baş verib

Sabunçuda məktəbdə yanğın baş verib
# 12 mart 2011 09:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Sabunçu rayonunda idman cəmiyyətinə məxsus məktəb binasında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, binada məskunlaşan 2 məcburi köçkünə məxsus ümumi sahəsi 70 kvadrat metr olan 4 otağın yanar konstruksiyaları 20 kvadrat metr sahədə və ümumi sahəsi 40 kvadrat metr olan 3 otağın yanar konstruksiyaları 10 kvadrat metr sahədə yanıb. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR