Qəbələdə baş verən yol qəzasında 4 nəfər yaralanıb

Qəbələdə baş verən yol qəzasında 4 nəfər yaralanıb
# 12 mart 2011 13:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Qəbələ rayonunda yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza martın 12-nə keçən gecə saat 02:30 radələrində qeydə alınıb.

Bum qəsəbə sakini Sərxan Hacıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili çaya aşırıb. Nəticədə S. Hacıyevin xəsarət almış sərnişinləri, Bum qəsəbə sakinləri Eyvaz Yaqubov, Dilavər Eyyubov, Elnur Eyyubov və onun qardaşı Sirac xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR