Kürdəmirdə ev yanıb

Kürdəmirdə ev yanıb
# 22 mart 2011 18:06 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Kürdəmir rayonunda yaşayış evi yanıb. Rayon yanğından mühafizə hissəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 13.30 radələrində qeydə alınıb. Atakişili kənd sakini, 1961-ci il təvəllüdlü Usubov Aqil Şamil oğluna məxsus, ümumi sahəsi 182 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğını bir saatdan sonra söndürmək mümkün olub. Evin dam örtüyü və bir otağı tamamilə yanaraq yararsız hala düşüb. Yanğına mənzildə sobanın tüstü borusunun düzgün quraşdırılmaması səbəb olub. Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR