Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub

Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
# 24 mart 2011 11:11 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Ermənilərin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində daha bir Azərbaycan hərbiçisi həlak olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən gülləsinə tuş gələn hərbi qulluqçu Elnur Mübariz oğlu Məmmədovdur. Snayperdən açılan atəş E. Məmmədovun başına dəyib.
1991-ci ildə Füzuli rayonunda anadan olan əsgərin həqiqi hərbi xidmətini başa vurmasına cəmi üç ay qalıbmış. Şəhid ailəsinə təhvil verilib və o, torpağa tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR