Bakıda 25 yaşlı oğlan qətlə yetirilib

Bakıda 25 yaşlı oğlan qətlə yetirilib
# 26 mart 2011 08:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının Nizami rayonunda qətl törədilib. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayonun Keşlə qəsəbəsi, M. H. Kazımov küçəsi 24 ünvanında qeydə alınıb. Qəsəbə sakinləri, 23 yaşlı Ramin Babayevlə 25 yaşlı Taleh Nəzərli arasında dava düşüb. Hər iki gənc bir-birinə çoxsaylı bıçaq xəsarətləri yetiriblər. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən T. Nəzərli orada ölüb. R. Babayevin vəziyyəti isə ağırdır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR