Hacıqabul sakini 5 aydır itkin düşüb

Hacıqabul sakini 5 aydır itkin düşüb
# 26 mart 2011 11:01 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabul sakini, 17 yaşlı Abasova Xəyalə Əlcan qızı 5 aydır itkin düşüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon polis şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Hacıqabul rayonunun Pirsaat qəsəbə sakini, 1994-cü il təvəllüdlü Abasova Xəyalə Əlcan qızı noyabrın 15-i 2010-cu ildə evdən çıxıb və geri dönməyib. Hacıqabul rayon polisi tərəfindən axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR