Azərbaycanda hamilə qadın qətlə yetirilib

Azərbaycanda hamilə qadın qətlə yetirilib
# 28 mart 2011 08:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Gəncə şəhərində qətl hadisəsi baş verib. Bu barədə APA-ya Gəncə Şəhər Prokurorluğundan bildirilib.

Hadisə martın 27-də qeydə alınıb. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mədətova Turanə İltifat qızı yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Naməlum şəxslər qadının üzərindəki qızıl-zinət əşyalarını da götürüblər.

Həyata keçirilən tədbirlər nəticəsində qətlin üstü açılıb. Hadisəni törədən, 1990-cı il təvəllüdlü Abdullayev Ramal Mehman oğlu tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, qətlə yetirilən qadın 8 aylıq hamilə imiş.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR