Bakıda mənzillərdən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda mənzillərdən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 30 mart 2011 11:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Seyran Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, S. Rəşidov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S. Rəşidov ötən il dekabrın 7-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. İstintaq zamanı onun mənzillərdən oğurluq etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR