Azərbaycanda dövlət və özəl müəssisələrə silahlı basqınlar etməkdə təqsirləndirilən dəstənin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Azərbaycanda dövlət və özəl müəssisələrə silahlı basqınlar etməkdə təqsirləndirilən dəstənin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb
# 01 aprel 2011 12:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dövlət və özəl müəssisələrə silahlı basqınlar etməkdə təqsirləndirilən şəxslərdən ibarət dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxış ediblər. Onlar cinayət materiallarının protokollarındakı qeydlərə münasibət bildirmək üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət veriblər. Məhkəmə həmin vəsatəti təmin edib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, mütəşəkkil dəstə 2008-2009-cu illərdə Bakı şəhərində yerləşən dövlət və özəl müəssisələrə silahlı basqınlar həyata keçiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Musayev 11 il, Ceyhun Əsgərov 9 il, Murad Seyidov 9 il, Asif Allahverdiyev 9 il, Fərid Əliyev 8 il 6 ay, Rəşad Qasımov 2 il, Taleh Paşayev 2 il, Rüfət Babayev 2 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR