Bakı şəhər prokurorunun müavini: “Aprelin 2-də baş vermiş hadisələrlə bağlı 4 nəfərə qarşı ittiham elan olunub”

Bakı şəhər prokurorunun müavini: “Aprelin 2-də baş vermiş hadisələrlə bağlı 4 nəfərə qarşı ittiham elan olunub”
# 04 aprel 2011 11:42 (UTC +04:00)
O qeyd edib ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məmməd Məcidlidir.

Fazil Həsənəliyev, həmçinin, qeyd edib ki, bu gün şübhəli şəxs qismində saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Hazırda istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR