Bəxtiyar Hacyev barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 5 gün uzadılıb

Bəxtiyar Hacyev barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 5 gün uzadılıb
# 08 aprel 2011 12:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Gəncə şəhəri Nizami rayon Məhkəməsində deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyevin cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdirilib. Bu barədə APA-ya B. Hacıyevin vəkili Elçin Namazov məlumat verib. Vəkilin sözlərinə görə, hazırlıq iclası başlayandan sonra məlum olub ki, aprelin 7-də axşam B. Hacyev barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə qərarı ilə daha 5 gün uzadılıb.

İclasda söz alan dövlət ittihamçısı müdafiə tərəfinin vəsatətlərinin dayandırılmasını, məhkəmə iclasının təyin olunmasını istəyib. Müdafiə tərəfi buna etiraz edib. Lakin hakim müşavirədən qayıtdıqdan sonra B. Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədiyini, məhkəmə baxışının aprelin 19-u saat 10.00-a təyin edildiyini açıqlayıb.

Qeyd edək ki, müdafiə tərəfi ötən prosesdə B. Hacıyev barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmışdı.

Xatırladaq ki, B. Hacıyev bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. B. Hacıyev barəsində Cinayət Məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR