Quba rayonunda ev yanıb

Quba rayonunda ev yanıb
# 11 aprel 2011 10:38 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Azərbaycanın Quba rayonunda güclü yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, hadisə rayonun Zərdabi Qəsəbə sakini, 1953-cü il təvəllüdlü Cəfərzadə Lətif Tağı oğluna məxsus, ümumi sahəsi 140 kvadratmetr olan 2 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə təcili olaraq Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) 2 yanğınsöndürən maşını cəlb olunub. Qəsəbə sakinlərinin də köməkliyi ilə alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Quba rayon DYMH-nin rəisi Əzizağa Qasımovun verdiyi məlumata görə, hadisəyə əsas səbəb elektrik naqillərinin qısaqapanması olub.
Yanğının baş vermə səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR