Minsk metrosunda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 126-ya çatıb

Minsk metrosunda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 126-ya çatıb
# 11 aprel 2011 22:07 (UTC +04:00)
Bakı-APA. Minsk metrosunda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 126-ya çatıb, onlardan 22-si ağır vəziyyətdədir. Bu barədə Belarus səhiyyə nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bir neçə saat əvvəl Minsk metrosunun «Oktyabrskaya» stansiyasında partlayış baş verib. Sözügedən stansiya Belarus prezidenti Aleksandr Lukaşenkonun iqamətgahının yaxınlığında yerləşir.

Partlayış nəticəsində 11 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR