Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən İran vətəndaşına hökm oxunub

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən İran vətəndaşına hökm oxunub
# 12 aprel 2011 13:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən İran İslam Respublikasının vətəndaşı Şükrü Daruş Əbülfəzinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Ş. D. Əbülfəzi 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun narkotik vasitələrin istifadəçisi olduğu sübuta yetirildiyi üçün barəsində məcburi müalicə təyin olunub.

Qeyd edək ki, Ş. D. Əbülfəzi 1998-ci ildə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan İran islam Respublikasına ekstradisiya olunan Ş. D. Əbülfəzinin cəzası Gilan İslam İnqilabı Məhkəməsinin qərarı ilə 5 il 3 aya endirilib. Azadlığa çıxandan sonra yenidən Azərbaycana gələn Ş. D. Əbülfəzi sonuncu dəfə bu il yanvarın 5-də saxlanılıb. Onun mənzilinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Bu gün keçirilən prosesdə son söz deyən təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu etiraf edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR