Həyat yoldaşını döyərək ölümünə səbəb olan Bakı sakini tutulub

Həyat yoldaşını döyərək ölümünə səbəb olan Bakı sakini tutulub
# 15 aprel 2011 11:12 (UTC +04:00)
Bakı-APA. Bakı sakini həyat yoldaşını döyərək onun ölümünə səbəb olub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi xəbərə görə, aprelin 13-də Bakı şəhər sakini Ehtiram Qurbanov ailə münaqişəsi zəminində həyat yoldaşı Asibəni döyüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Asibə aprelin 14-də orada dünyasını dəyişib.
Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Qurbanov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR