Heroin satan Şəki sakini həbs edilib

Heroin satan Şəki sakini həbs edilib
# 16 aprel 2011 08:03 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şəki şəhər sakini saxlanılıb.

Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində rayon ərazisində əməliyyat-axtarış tədbiri həyata keçirib.

Tədbir nəticəsində 1967-ci il təvəllüdlü Şəki şəhər sakini Zülfüqar Nurəddin oğlu Cəfərov narkotik vasitə hesab edilən 0,131 qram heroini şərti alıcıya 40 AZN-ə satarkən saxlanılıb. Z.Cəfərov barəsində Şəki RPŞ-də CM-nin 234.2 maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR