İğdırda baş verən yol qəzasında bir Azərbaycan vətəndaşı ölüb

İğdırda baş verən yol qəzasında bir Azərbaycan vətəndaşı ölüb
# 19 aprel 2011 09:40 (UTC +04:00)
APA-nın məlumatına görə, qəza bu gün saat 01.00 radələrində baş verib. Naxçıvan sakini, 22 yaşlı Həsən Əsgərovun idarə etdiyi “10 XJ 169” dövlət nömrə nişanlı avtomobil Taşburun kəndi ərazisində Türkiyə vətəndaşı Doğan Yirinin idarə etdiyi “76 AZ 044” yük maşını ilə toqquşub. Soydaşımız qəza yerində dünyasını dəyişib. Onun meyiti İğdır dövlət xəstəxanasının morquna aparılıb. İlkin versiyaya görə, qəzaya səbəb Həsən Əsgərovun maşını sürətlə idarə etməsi və güclü yağışdan sonra yolun sürüşkən olması olub. Qəzada xəsarət almayan yük maşınının sürücüsü Doğan Yiri polis tərəfindən saxlanıb, faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR