Gəncədə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 20 aprel 2011 09:24 (UTC +04:00)
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 08:00 radələrində qeydə alınıb. 90-KX-206 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil Heydər Əliyev prospekti ilə hərəkət edərkən Şah İsmayıl Xətai Prospektinin kəsişməsində 90-NH-853 dövlət nömrə nişanlı avtomobil və 10-JT-361 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan 1973-cü il təvəllüdlü Nahid Hacıyev, 1966-cı il təvəllüdlü Bəxtiyar Tahirov, 1973-cü il təvəllüdü Rəfiqə Məmmədova, 1963-cü il təvəllüdlü Fəxrəddin Məmmədov, 1978-ci il təvəllüdlü Natiq Zeynalov və Gürcüstan vətəndaşı 55 yaşlı Aftandil Abuzadze müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan “Hyundai” markalı avtomobilin sürücüsü 38 yaşlı Hahid Hacıyevin səhhəti ağırdır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Hadisəyə səbəb kimi “Hyundai” markalı avtomobilin dörd yolu işıqforun qırmızı işığında keçməsi səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR