Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb
# 20 aprel 2011 12:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Gəncə şəhəri Nizami rayon Məhkəməsində deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyevin cinayət işi ilə bağlı məhkəmə prosesi aprelin 21-dək təxirə salınıb. Bu barədə APA-ya B. Hacıyevin vəkili Elçin Namazov məlumat verib. Təxirə salınmaya səbəb vəkilin prosesdə iştirak etməməsi olub. Vəkilin prosesdə iştirak etməyəcəyi əvvəlcədən məhkəməyə bildirilib. Bu gün isə hakim prosesin aprelin 21-də davam etdiriləcəyini elan edib.

Xatırladaq ki, bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR