Lənkəranda 13 yaşlı piyada yol qəzasında ölüb

Lənkəranda 13 yaşlı piyada yol qəzasında ölüb
# 20 aprel 2011 16:49 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq-təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə aprelin 20-də saat 14.00 radələrində Ələt-Astara magistralının 206-cı kilometrliyində - Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Bürcəli kənd sakini, 1987-ci il təvəllüdlü Taleh Rakif oğlu Qəribov idarə etdiyi “Range-raver” markalı, 10 UV 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyadanı-şəxsiyyəti hələlik istintaqa məlum olmayan 12-13 yaşlarında oğlan uşağını vurub. Piyada Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən aldığı bədən xəsarətlərindən yolda dünyasını dəyişib. Hadisəni törətmiş sürücü polis tərəfindən saxlanılıb.
Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq-təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR