Ombudsman 17 aprel aksiyası ilə bağlı baş prokuror və daxili işlər nazirinə müraciət edib

Ombudsman 17 aprel aksiyası ilə bağlı baş prokuror və daxili işlər nazirinə müraciət edib
# 21 aprel 2011 09:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 17 aprel aksiyası zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İQHSM) başçəkmə həyata keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. İQHSM-də saxlanılan şəxslər orada saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər. Ombudsman baş prokurora və daxili işlər nazirinə məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılmış şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR