Azərbaycanda yük gəmisində yanğın olub

Azərbaycanda yük gəmisində yanğın olub
# 22 aprel 2011 10:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda istifadə olunmayan yük gəmisində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən zavodda baş verib. İstifadəsiz yük gəmisinin hissələri üzərində mazut qalıqları 30 kv/m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğına kəsilməkdə olan gəmidə qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR