Tərtər rayonunda baş vermiş qətlin üstü açılıb

Tərtər rayonunda baş vermiş qətlin üstü açılıb
# 25 aprel 2011 09:09 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Azərbaycanın Tərtər rayonunda baş vermiş qətlin üstü açılıb. Bu barədə APA-nın Qarabağ bürosuna Tərtər Rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, aprelin 24-də gecə saat 02.00 radələrində həmkəndlisini bıçaqla qətlə yetirən Tərtər rayon Bəyimsarov kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Təbriz Fərhad oğlu tutulub. İlkin araşdırmalar nəticəsində hadisənin şəxsi münaqişə zəminində baş verdiyi məlum olub.

Qeyd edək ki, Tərtər rayonu Bəyimsarov kənd sakini, 1973-cü il təvəllüdlü Hətəm Allahverdiyevin üzərində qəsdən adam öldürməyə xarakterik xəsarətləri olan cəsədi meşədə tapılıb. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR