Azərbaycanda polis rəisinin müavininin avtomobili qəzaya uğrayıb, polis əməkdaşı və onun həyat yoldaşı ölüb

Azərbaycanda polis rəisinin müavininin avtomobili qəzaya uğrayıb, polis əməkdaşı və onun həyat yoldaşı ölüb
# 25 aprel 2011 10:01 (UTC +04:00)
Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, Xaçmaz Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədova məxsus 90-EE-102 nömrə nişanlı, “Mercedes” markalı avtomobil yoldan çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Xəyyam Məmmədov və onun həyat yoldaşı hadisə yerindəcə ölüblər. Avtomobildə olan digər iki nəfər Xaçmaz Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədov və onun həyat yoldaşı Vəfa Məmmədova isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, Tanrıverdi Məmmədov Xəyyam Məmmədovun qardaşıdır. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR