Kanada televiziyasında Naftalana aid material nümayiş olunub

Kanada televiziyasında Naftalana aid material nümayiş olunub
# 27 aprel 2011 23:49 (UTC +04:00)
Bakı-APA. Aprelin 25-də Kanadanın aparıcı xəbərlər kanalı olan “CTV News”da Naftalan ilə bağlı qısametrajlı video material nümayiş olunub. Bu barədə APA-ya Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən məlumat veriblər.

Qeyd olunan video süjetdə Sovet İttifaqı çərçivəsində Naftalan neftinə xüsusi önəm verilməsi, onun müalicəvi əhəmiyyəti və eyni zamanda, Naftalan Sağlamlıq Mərkəzinin öz fəaliyyətini bərpa etməsi ilə bağlı izləyicilərə ətraflı məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR