Beyləqanda baş verən yol qəzasında 1 nəfər ölüb

Beyləqanda baş verən yol qəzasında 1 nəfər ölüb
# 28 aprel 2011 07:42 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu - APA. Beyləqan rayonunun Daşburun qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, “Ford” markalı mikroavtobusla yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Beyləqan Rayon Polis Şöbəsinin müstəntiqi Səfəralı Kazımov bildirib ki, hadisə Beyləqan rayonu ərazisindən keçən Hacıqabul-Bəhramtəpə-Mincivan yolunun 139-cu kilometrliyində qeydə alınıb. Alışov Hümbət Novruz oğlunun idarə etdiyi “Ford” markalı sərnişindaşıma vasitəsi ilə əks istiqamətdə hərəkətdə olan Quliyev Elşən Kamal oğlunun idarə etdiyi yük avtomobilinin toqquşması nəticəsində mikroavtobusun sərnişini Əliyeva Almaz Fərhad qızı hadisə yerində keçinib. Digər sərnişinlər Məmmədov Valeh Xaləddin oğlu, Əzimov Ramil Sərhad oğlu və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Beyləqan RPŞ-də AR CM-nin 263.2 maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR