Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib
# 28 aprel 2011 09:33 (UTC +04:00)
Bakı-APA. Gəncə şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi məlumata görə, Kəpəz rayon sakinləri Cəmilə Qurbanova, nəvələri 13 yaşlı Cəmilə İsmayılzadə və 7 yaşlı Faiq İsmayılzadə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Hazırda onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR