Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış olub, bir ailənin dörd üzvü yaralanıb

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış olub, bir ailənin dörd üzvü yaralanıb
# 02 may 2011 06:57 (UTC +04:00)
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 06.00 radələrində, şəhərin 15-ci məhəllə ərazisində yerləşən 4 saylı yataqxanada qeydə alınıb. 50 yaşlı Ədalət Cəfərova məxsus evdə baş vermiş partlayışa qaz sızması səbəb olub. Nəticədə Ə. Cəfərov və övladları - 22 yaşlı Sevinc, 19 yaşlı Samirə, 23 yaşlı Samir Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin araşdırmalara görə, partlayışa İran İslam Respublikası istehsalı olan qaz sobasında nasazlığın baş verməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR