BQXK nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər

BQXK nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər
# 03 may 2011 07:26 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verib. Əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb, yaxınlarının məktubları çatdırılıb. Onlardan yaxınlarına çatdırılacaq məlumatlar alınıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.

Xatırladaq ki, könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun 3 əsgəri öz istəyi və BMT-nin Azərbaycan nümayəndəliyinin vasitəçiliyi ilə bir müddət əvvəl üçüncü ölkəyə göndərilib. Bunlar 2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana keçmiş Qrant Markosyan, Rafik Tevosyan və Vartan Sarkisyandır. Onların hansı ölkəyə göndərildikləri açıqlanmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR