Cəlilabad rayon sakini külli miqdarda heroin satarkən tutulub

Cəlilabad rayon sakini külli miqdarda heroin satarkən tutulub
# 04 may 2011 10:43 (UTC +04:00)
Bakı-APA. Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cəlilabad rayon sakini Anar Əliyev 2 kiloqram 105 qram narkotik vasitə olan heroini satarkən tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, onun evinə baxış keçirən əməliyyat qrupunun üzvləri orada əlavə olaraq 1 kiloqram 280 qram heroin aşkar ediblər. Faktla əlaqədar əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR