Bakının mərkəzində baş verən yol qəzasında 1 nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakının mərkəzində baş verən yol qəzasında 1 nəfər ölüb, iki nəfər xəsarət alıb
# 05 may 2011 12:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında ölümlə nəticələnən ağır yol qəzası baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun R. Behbudov küçəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “VAZ- 21011” markalı maşınla toqquşub. Nəticədə “VAZ-21011”in sərnişini 70 yaşlı Rövşənova Güldənaz aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Digər maşında olan iki nəfər – Atilə Bayramova və onun bacısı Mirzəbacı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR