Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verilib

Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verilib
# 06 may 2011 08:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı Taxıl Məhsulları Kombinatı (hazırda “Araz” firması) Müdafiə Nazirliyini məhkəməyə verib. APA-nın xəbərinə görə, firma nazirliyin “N” saylı hərbi hissəsinin borcunun ödənilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib. İddia əsasında məhkəmənin ilkin hazırlıq iclası mayın 3-də keçirilib. Prosesin baxış iclası isə mayın 13-nə təyin olunub. İddiada borc 4434 manat, nazirlikdən tutulmalı olan dövlət rüsumu isə 443 manat göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR