Ağdamda qaynaqçı səhlənkarlıq nəticəsində ölüb

Ağdamda qaynaqçı səhlənkarlıq nəticəsində ölüb
# 10 may 2011 20:28 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdam rayonunda bir nəfər qaynaqçı səhlənkarlığının qurbanı olub. APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonun Baharlı kənd sakini Sadıqov Nazim Sadıq oğlu qaynaq aparatı ilə özünə məxsus avtomobildə təmir işi apardığı vaxt cərəyan vurması nəticəsində ölüb. Sözügedən kənddən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, təxminən 40-41 yaşlarında olan N. Sadıqov işlədiyi çilingər quyusunda torpağın palçıqlı olmasını nəzərə almayıb. İşə başladığı vaxt qaynaq aparatının rütubət çəkməsi onun həyatını itirməsinə səbəb olub.
Mərhum iki uşaq atasıdır. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR