Sabunçu sakini qohumunu öldürüb

Sabunçu sakini qohumunu öldürüb
# 12 may 2011 07:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Sabunçu rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə 2-ci Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Saleh Salarov münaqişə zəmində qohumu, 1961-ci il təvəllüdlü Əlikram Əliyevi bıçaqlayıb. Ə. Əliyev aldığı xəsarətlərdən keçinib. Hadisəni törədən S. Salarov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR