Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına yeni komandir təyin edilib

Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına yeni komandir təyin edilib
# 13 may 2011 08:53 (UTC +04:00)
Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Daxili Qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsinin komandiri Zaur Abdullayev Çevik Polis Alayına komandir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

DİN-in Çevik Polis Alayının komandiri Səhlab Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR