Azərbaycanda magistral qaz kəmərində sızma olub

Azərbaycanda magistral qaz kəmərində sızma olub
# 13 may 2011 10:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda magistral qaz kəmərində sızma baş verib. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən magistral qaz kəmərində baş verən sızma nəticəsində yanğın qeydə alınmayıb. Hadisə yerində cəlb edilən yanğınsöndürənlər ərazidə növbə çəkib. Qaz sızması müvafiq qurumların mütəxəssisləri tərəfindən bu gün saat 08:00 radələrində aradan qaldırılıb.

İlkin ehtimala görə, sızmaya qaz kəmərində baş vermiş qəza səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR