Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən dəstə üzvlərinin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb - YENİLƏNİB

Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən dəstə üzvlərinin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb - <font color=red>YENİLƏNİB </font>
# 13 may 2011 12:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxs Kamil Seyidov vəsatətlə çıxış edərək, prosesin media nümayəndələrinin iştirakı ilə açıq şəkildə keçirilməsini xahiş edib. Kamil Seyidov və digər həbsdə olan təqsirləndirilən şəxslər – Muxtar Vəliyev, Rövşən Rəhimov, Rauf Axundov, Malik Mehdiyev, Anar Abbasov, Vaqif Ələkbərov, Nadir Qasımov, Elçin Cəfərov isə zamində olan təqsirləndirilən Arif Hüsyenovun da barəsində həbs-qətimkan tədbirinin seçilməsi və özlərinin barələrində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Zərərçəkmiş şəxslər isə kommersiya maraqlarının qorunması üçün prosesin qapalı şəkildə keçirilməsini xahiş ediblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Arif Hüseynov və Bayram Hüseynovun barəsində həbs - qətimkan tədbiri seçilməyib. Vəsatətlə münasibət bildirən dövlət ittihamçısı Ramin Nağdəliyev isə həbs-qətimkan tədbirlərinin dəyişdirilməməsini istəyib. Bundan sonra hakimlər müşavirəyə çıxıblar. Müşavirədən sonra hakim məhkəmə qərarını elan edib. Qərara əsasən, zərərçəkmiş şəxslərin məhkəmə prosesinin qapalı şəkildə keçirilməsi barədə vəsatətləri təmin olunub. Məhkəmə, həmçinin həbsdə olan 9 nəfər təqsirləndirilən şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar çıxarıb.
Təqsirləndirilən şəxslərin Arif Hüseynovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi və öz barələrində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətləri isə təmin olunmayıb.

Məhkəmə baxışı mayın 19-na təyin olunub.

İttiham aktına əsasən, istintaq zamanı müəyyən edilib ki, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş - 1948-ci il təvəllüdlü Seyidov Kamil Mirvəli oğlu, 1967-ci il təvəllüdlü Hüseynov Arif Xəlil oğlu, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu, həmçinin 1981-ci il təvəllüdlü Vəliyev Muxtar Seyfəddin oğlu, 1956-cı il təvəllüdlü Qasımov Nadir Hilal oğlu, 1957-ci il təvəllüdlü Rəhimov Rövşən Əliyar oğlu və 1952-ci il təvəllüdlü Ələkbərov Vaqif Qoçu oğlu qabaqcadan əlbir olaraq dələduzluqla məşğul olublar. Belə ki, onlar bir qrup şəxs halında Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərən «Master-Dizayn» şirkətinin texniki imkanlarından istifadə edib hazırladıqları saxta müqavilə və layihələri təqdim etməklə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda iş adamına guya, Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin veriləcəyi barədə yalan vədlər verib aldatma yolu ilə həmin şəxslərin əmlaklarını ələ keçirərək, onlara külli miqdarda ziyan vurublar. Qrupun üzvləri tərəfindən son iki ildə müxtəlif vaxtlarda həmin iş adamlarından təxminən 809 min AZN və 300 min ABŞ dolları məbləğində pulun dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) maddəsi ilə ittiham olunurlar.

Onu da qeyd edək ki, dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR