Osman Kazımovun Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməsi haqqında verdiyi iddia üzrə məhkəmə baxışının vaxtı məlum olub

Osman Kazımovun Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməsi haqqında verdiyi iddia üzrə məhkəmə baxışının vaxtı məlum olub
# 13 may 2011 14:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Binəqədi rayon Məhkəməsində vəkil Osman Kazımovun Vəkillər Kollegiyasına üzvlüyünün bərpa edilməsi haqqında verdiyi iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya Osman Kazımovun özü məlumat verib. O, bildirib ki, prosesin baxış iclası iyunun 1-nə təyin olunub.
Qeyd edək ki, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov O. Kazımovla bağlı Vəkillər Kollegiyasına təqdimat verib. Təqdimat keçən il avqustun 3-də O. Kazımovun vəkili olduğu şəxsin üzləşmə hərəkətləri zamanı protokola imza atmaqdan imtina etməsi ilə bağlı olub.

R. Usubovun təqdimatı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında iki dəfə müzakirə olunduqdan sonra onun Kollegiya üzvlüyündən çıxarılması ilə bağlı qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR