Şəkidə yaşlı qadın meyiti tapılıb

Şəkidə yaşlı qadın meyiti tapılıb
# 14 may 2011 07:42 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkidə 61 yaşlı qadın meyiti tapılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər-rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün səhər saat 07-30 radələrində Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsində üzərində zorakılıq əlamətləri olmayan qadın meyiti tapılıb. İlkin araşdırma zamanı ölən şəxsin 1950-ci il təvəllüdlü Şəki şəhər sakini Musayeva Afət Məhəmməd qızı olduğu müəyyənləşib. İlkin ehtimala görə, A. Musayeva ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı Şəki şəhər prokrorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR