Leysan yağışlar Balakən rayonunda fərdi təsərrüfatlara ciddi ziyan vurub

Leysan yağışlar Balakən rayonunda fərdi təsərrüfatlara ciddi ziyan vurub
# 15 may 2011 19:05 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, mayın 14-dən 15-ə keçən gecədən başlayaraq gündüz saatlarında havanın temperaturu +13 dərəcəyə qədər düşüb, aramsız yağışlar yağıb.

Balakən rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, gecə saatlarından başlayaraq rayon ərazisində leysan xarakterli yağışlar yağıb. Leysan yağışları nəticəsində rayon ərazisindən axan Balakən, Humbul və Mazım çaylarında suyun səviyyəsi kəskin artıb, Mazım və Humbul çaylarında daşğın olub. Bunun nəticəsində rayonun Yeni Şərif, Qaysa və Xalatala kəndlərində ümumulikdə 500-ə yaxın evin həyatyanı sahələrinə 20-25sm hündürlüyündə sel suları dolub, əhalinin əkin sahələri sel suları altında qalıb. Xiyar və pomidor yetişdirməklə məşğul olan yerli fermerlərin istixanalarına ziyan dəyib. Yeni Şərif, Qaysa və Xalatala kəndlərinə elektirik enerjisinin verilməsində fasilə yaransa da, günün birinci yarısına kimi kəndlərə elektirik enerjisinin verilməsi bərpa edilib. Hazırda Balakən FHK-nın üzvləri Yeni Şərif, Qaysa və Xalatala kəndlərinə dəymiş ziyanın aradan qaldırılması və ziyanın məbləğinin hesablanması ilə məşğuldurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR