Bakı sakini faciəli şəkildə ölüb
16 may 2011 07:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı sakini faciəli şəkildə ölüb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gün Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 44 yaşlı Valeh Novruzov idarə etdiyi “KamAZ” markalı maşının yükünü boşaldarkən avtomobilin qoşqusu yüksək gərginlikli elektrik xəttinə dəyib. Nəticədə sürücü cərəyan vurmasından hadisə yerindəcə keçinib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.