Milli Parkda intihar hadisəsi baş verib - YENİLƏNİB

Milli Parkda intihar hadisəsi baş verib - <font color=red>YENİLƏNİB</font>
# 16 may 2011 09:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda dənizkənarı parkda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə saat 02.00 radələrində qeydə alınıb. Naməlum kişi özünü dənizə ataraq intihar edib. Hadisədən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Lakin gecə axtarışlar nəticə verməyib. Bu gün səhər saatlarında mərhumun meyiti dənizdən çıxarılıb. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İntiharın səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Xəzər dənizinin Bakı şəhəri, Səbail rayonu ərazisində batan şəxs, 1955-ci il təvəllüdlü Xəlilov Rasim Ziyəddin oğlu oldğu müəyyənləşib. Mərhumun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR