Həmyerlisinin gözünü çıxarmaqda təqsirləndirilən Şamaxı sakininin məhkəməsi başlayıb

Həmyerlisinin gözünü çıxarmaqda təqsirləndirilən Şamaxı sakininin məhkəməsi başlayıb
# 17 may 2011 11:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisinin gözünü çıxarmaqda təqsirləndirilən Şamaxı sakini Qalib Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı mayın 23-nə təyin olunub.

İttiham aktına əsasən, Qalib Şükürovla ötən il dekabrın 22-də həmyerlisi İlqar Rəhimli arasında dava düşüb. Şəxsi münasibətlər zəminində baş verən insident zamanı Q. Şükürov üzərindəki bıçaqla İlqar Rəhimlinin gözlərinə xəsarət yetirib. Aldığı bıçaq zərbələrindən hər iki gözünü itirən və tamamilə kor olan İlqar Rəhimli təcili Bakıya aparılıb. Qalib Şükürov isə tutularaq istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR