Sabah prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Sabah prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək
# 17 may 2011 13:58 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan mayın 18-də saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Prokurorluq orqanlarına işə qəbulla bağlı ərizə qəbulu Baş Prokurorluq tərəfindən aparılıb. Prokurorluq orqanlarında təqdim olunmuş ştat vahidləri üzrə müsabiqədə iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə 863 sualdan ibarət test toplusu çap olunub. İmtahan 3 saat davam edəcək. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndiriləcək. 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR