Həyat yoldaşının başını kəsən şəxsə hökm oxunub

Həyat yoldaşının başını kəsən şəxsə hökm  oxunub
# 17 may 2011 14:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Taleh Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Taleh Aslanov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Taleh Aslanov həyat yoldaşı Aynurə Həsənovanın başını kəsərək qətlə yetirib. Proses zamanı ifadə verən təqsirləndirilən şəxs həyat yoldaşını namus üstündə qətlə yetirdiyini deyib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR