Sumqayıtda Cənubi Koreya vətəndaşının qanunsuz olaraq xristian dinini təbliğ etməsi aşkarlanıb

Sumqayıtda Cənubi Koreya vətəndaşının qanunsuz olaraq xristian dinini təbliğ etməsi aşkarlanıb
# 18 may 2011 09:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda Cənubi Koreya vətəndaşının qanunsuz olaraq xristian dinini təbliğ etməsi aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi məlumata görə, fakt mayın 17-də Sumqayıt şəhərində qeydə alınıb. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər nümayəndəsi ilə birgə keçirdikləri tədbir zamanı şəhərdə kirayədə yaşayan, “Kainat” dilləri kursunda yapon və koreya dilləri üzrə müəllim işləyən, Cənubi Koreya vətəndaşı Son Chunq Soonun qanunsuz olaraq xristian dinini təbliğ etməsi müəyyən edilib. Onun yaşadığı evə baxış zamanı oradan 60 ədəd "Əhdi Cədid" adlı dini kitablar aşkar edərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR