Hüquq müdafiəçisi MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin saxlanma yerində monitorinq keçirib

Hüquq müdafiəçisi MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin saxlanma yerində monitorinq keçirib
# 18 may 2011 12:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat İdarəsinin saxlanma yerində monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. Komitə sədri saxlanma yerində saxlanılan şəxsin olmadığını bildirib: “Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra buranın fəaliyyətini dayandırıb. Mən ora baş çəkəndə qapı bağlı idi. Üzərinə möhür vurulmuşdu. Lakin qapını açıb içəri baxış keçirdik. Artıq oradan istifadə olunmur”.

E. Behbudov MTN-in istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını da bildirib: “Mənə rəhbərlikdən bildirdilər ki, Hacı Məmmədovun vəziyyəti yaxşıdır. Son dövrlər onun barəsində mətbuatda səslənən fikirlər cəfəngiyatdır. Dəfələrlə onunla görüşəndə bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanmağın istəyir, Qobustan həbsxanasına getmək istəmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR