BDU-da «Fizika və Astronomiya problemləri» mövzusunda magistrantların və gənc tədqiqatçıların elmi konfransı keçirilir

BDU-da «Fizika və Astronomiya problemləri» mövzusunda magistrantların və gənc tədqiqatçıların elmi konfransı keçirilir
# 20 may 2011 11:51 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Fizika və Astronomiya problemləri» mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika elmi konfransı işə başlayıb. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri açan BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev Heydər Əliyevin müstəqil dövlətin yaranmasında və inkişafında tarixi xidmətlərindən danışıb. 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı”dan sonra “Evrovision -2011” musiqi yarışmasında Azərbaycanın I yer tutmasını ikinci böyük tarixi hadisə adlandıran prorektor, H. Əliyevin ideyalarının uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O, Azərbaycanın dinamik inkişaf etdiyi bir dövrdə fiziklərin öhdəsinə böyük məsuliyyət düşdüyünü deyib və tələbələrə tövsiyələrini verib.
Konfransın plenar iclasında “Polyarizələnmiş elektronun nüvə sahəsində tormozlanma şüalanmasının nəzəri tədqiqi”, “Ultrasəs prosessoru vasitəsi ilə kadmium sulfid nanohissəciklərinin alınması” və “Günəş spektrində H və K CaII profil xətləri” mövzusunda məruzələr dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR