Azərbaycanda hakim intizam məsuliyyətinə cəlb edilib, digərinin barəsində intizam icraatı başlanıb

Azərbaycanda hakim intizam məsuliyyətinə cəlb edilib, digərinin  barəsində intizam icraatı başlanıb
# 23 may 2011 13:30 (UTC +04:00)
Qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətində korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlarına əsasən MHŞ tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə təkcə son aylar ərzində 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, habelə 7 hakim barədə intizam icraatları başlanılıb.
İclasda, həmçinin vətəndaşlardan MHŞ-yə daxil olan müraciətlər təhlil edilib, əsas narazılıq doğuran hallar və onların aradan qaldırılması üzrə əlavə tədbirlər müzakirə olunub.
Eyni zamanda, iclasda qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə 1 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 1 nəfərin isə barəsində intizam icraatının başlanılması qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR