Nemət Pənahlının məhkəməsində şahidlər ifadə verib

Nemət Pənahlının məhkəməsində şahidlər ifadə verib
# 24 may 2011 14:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Nemət Pənahlının vəkili Samir İsayevin APA-ya verdiyi xəbərə görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə ittiham tərəfinin şahidi dindirilib: “Prosesdə tibbi ekspertiza üçün rəy verən həkim də dindirildi. Normal istintaq gedir. Eyni zamanda hadisənin videogörüntüləri ilə bağlı sübutlar bizə təqdim olundu. Bu gün onu da izləyəcəyik”.
Vəkil prosesin mayın 27-də davam etdiriləcəyini deyib: “Həmin gün təqsirləndirilən şəxslər ifadə verəcəklər”.

Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də saxlanılıblar. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR